Gəncədə 4G şəbəkəsi işə salınıb


Digərləri 15 Noy 2017 12:49:00 236 0

Gəncədə 4G şəbəkəsi işə salınıb

“Bakcell” MMC mobil rabitə operatoru Gəncədə LTE şəbəkəsini işə salıb.

Bakı. Hüseyn Vəliyev - “Bakcell” MMC mobil rabitə operatoru Gəncədə LTE şəbəkəsini (4G) işə salıb. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Məlumatda qeyd olunur ki, LTE şəbəkəsinin işə salınması bu regionda şirkət tərəfindən təqdim edilən internet xidmətlərinin sürətinin artmasına xidmət edəcək: “Gəncədə yaşayan abunəçilər öz SIM-kartlarını, LTE dəstəkləyən SIM-kartlara pulsuz dəyişə bilərlər”. Qeyd edək ki, LTE şəbəkəsi “Bakcell” tərəfindən 2015-ci iluin mayında işə salınıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin