"Washington Post": Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan bəyanət verib


Dünya 15 Noy 2017 11:32:08 296 0

"Washington Post": Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan bəyanət verib

Qəzet Donald Trampın yenilənən bəyanətlər bazasını çap edib

Donald Tramp ABŞ prezidenti seçilən gündən 1 628 yalan və ya yalnış bəyanətlər verib. 

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" yazıb.

Noyabrın 14-dək D.Tramp prezident postunda 298 gün keçirib, beləliklə, o, orta hesabla gündə 5,5 yalan ifadə verib.

Bildirilir ki, əgər bu tendensiya saxlanılsa, ilin sonuna qədər Tramp təxminən 2 min yalançı bəyanət verəcək, prezidentlik müddətinin (dörd il) sonuna isə bu rəqəm 8 min təşkil edəcək.

Qəzet Donald Trampın yenilənən bəyanətlər bazasını çap edib və onların həqiqiliyini yoxlayıb. Bu mətbuat orqanının hesablamalarına görə, prezident daha çox ABŞ-da işsizliyin səviyyəsi, vergi, fond bazarı və Obamacare səhiyyə proqramından danışarkən səhvlər buraxır.