Fox News: Greencard proqramı üzrə ABŞ-a terrorçuluqda şübhəli bilinən 6 nəfər köçüb


Dünya 15 Noy 2017 11:15:34 281 0

Fox News: Greencard proqramı üzrə ABŞ-a terrorçuluqda şübhəli bilinən 6 nəfər köçüb

Greencard lotereyası üzrə hər il 50 minə qədər immiqrasiya vizaları verilir

Bakı. 15 noyabr. REPORT.AZ / Greencard proqramı üzrə ABŞ-a terrorçuluqda şübhəli bilinən ən azı 6 nəfər köçüb. 

"Report" xəbər verir ki, bu barədə Fox News telekanalı Prezident Administrasiyasına istinadən xəbər yayıb.

Onlardan biri Nyu-Yorkda Hellouin zamanı 8 nəfərin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən terror aktını törətməkdə təqsirləndirilən Sayfullo Saipovdur. O, 2010-ci ildə Özbəkistandan ABŞ-a köcüb.

Telekanal xəbər verir ki, Greencard lotereyası üzrə hər il 50 minə qədər immiqrasiya vizaları verilir.

Manhettendə baş verən terror aktından sonra ABŞ Prezidenti Donald Tramp 1990-ci ildə başlanan Greencard lotereyası üzrə proqramı bağlamaq niyyətində olduğunu bildirib. O, bunun üçün ABŞ Konqresinin razılığını almalıdır.