Şirvanda oğurlanan avtomobil görün harada tapıldı


Digərləri 15 Noy 2017 10:52:00 249 0

Şirvanda oğurlanan avtomobil görün harada tapıldı

Şirvan şəhərində oğurlanan avtomobil Lənkəran rayonunda aşkar edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də baş verib.   Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Xəyyam Afət oğlu Əliyevə məxsus "VAZ-2106" markalı, 35 BH 048 dövlət nömrə nişanlı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Bir qədər sonra avtomobil Lənkəran rayonu ərazisində tapılıb.    Avtomobili kimin və ya kimlərin oğurladığı hələlik məlum deyil. Fakt araşdırılır.