Zaur canlı yayımda 4500 manat ziyana düşdü FOTOFAKT


Digərləri 15 Noy 2017 10:36:46 287 0

Zaur canlı yayımda 4500 manat ziyana düşdü  FOTOFAKT

Ötən gün "5/5" verilişinin qonaqlarından biri əməkdar artist Nüşabə Ələsgərli olub.

Zaur canlı yayımda 5 min dollardan mərc etdi - Verməsən, öldürərəm səni - FOTO

Son.az xəbər verir ki, təxminən 10 gün öncə verilişində xanım müğənni ilə mərc edən Zaur Kamal Nüşabə Ələsgərliyə canlı yayımda 4500 manat verib.

Belə ki, Zaur yenidən efirə dəvət etdiyi müğənnini tərəziyə çıxarıb. Nüşabə Ələsgərli "Zaur demişdi çəkin 90 kiloqramdan aşağı gəlsə, mən 5 min dollar verəcəm sənə. Mənim Zaura yazığım gəlir. Zaur, ona görə də pulu elə milli valyutamızla verərsən - 5 min manat" deyib. Tərəziyə çıxan müğənninin çəkisi 77 kiloqram gəlib və beləcə Zaur mərci uduzmuş olub. Aparıcı "Bəs 72 kilo olduğunu deyirdin? Mən pulun üstündən bir az götürəcəm ona görə də. 4500, mən halal adamam. Mən uduzdum. Gözəl günlərə xərclə" deyərək, tamaşaçıların gözü önündə pulu müğənniyə təqdim edib.


Xəbərə aid fotolar