Vəkili Rza Zərrabdan xəbər ala bilmir


Dünya 15 Noy 2017 09:48:00 292 0

Vəkili Rza Zərrabdan xəbər ala bilmir

Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir.

Son.az publika.az-a istinadən xəbər verir ki, İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki "09135-104" seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci il tarixində azad olduğu qeyd olunmuşdur.

Lakin məlumatın yanlışlıqla yayımlandığı və məhkumun həbsxanada olduğu deyilmişdir. Məhkumun vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında, Rza Zərrabdan xəbər ala bilmədiklərini deyib: "Onun azad edildiyi, qaçırıldığı və ya hələ də həbsdə olduğuna dair məlumatımız yoxdur. 5 gündən çoxdur heç bir əlaqə yarada bilmirik".