Zimbabve prezidentinin iqamətgahı yanında atışma başlayıb


Dünya 15 Noy 2017 06:28:03 274 0

Zimbabve prezidentinin iqamətgahı yanında atışma başlayıb

Рərbçilər paytaxtın çıxış yollarını bağlayıblar.

Zimbabve prezidenti Muqabinin iqamətgahı yanında atışma başlayıb.

"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Məlumata görə, hərbçilər paytaxtın çıxış yollarını bağlayıblar.

"Associated Press" isə bildirib ki, paytaxt Hararedə azı üç partlayış olub. Şəhərin küçələrində hərbi maşınlar var və silahlı əsgərlər ətrafdan keçənlərə hücum edirlər.

"BBC"nin məlumatına görə, əsgərlər "ZBC" milli teleşirkətinin mənzil qərargahını ələ keçiriblər.