İran və Səudiyyə Ərəbistanı: regionun


Dünya 14 Noy 2017 22:10:00 287 0

İran və Səudiyyə Ərəbistanı: regionun

İran və Səudiyyə Ərəbistanı uzun zamandır ki, regionun düşmənləridir. Əsas oyunçuların mövqeyi ilə tanış olaq.

Səudiyyə Ərəbistanı

Sünnilərin üstünlük təşkil etdiyi krallıq, İslamın doğulduğu yerdir və İslam dünyasının ən mühüm ziyarətgahlarının məskənidir. Dünyanın əsas neft ixracatçısı olmaqla yanaşı, həm də ən varlı ölkələrindən biridir.

Son.az BBC-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı İranın Orta Şərqi idarə etməsindən çəkinir və şiələrin dominant olduğu bu ölkənin regiondakı təsirinə qarşı çıxır.

Onun İran ilə qarşıdurması ABŞ prezidenti Donald Trump-ın ölkəyə qarşı bənzəri münasibəti ilə üst-üstə düşür.

Gənc və getdikcə nüfuzu daha da artan vəliəhd şahzadə Məhəmməd bin Salman, qonşu Yəməndəki husi üsyançılarına qarşı müharibənin tərəfdarıdır.

Səudiyyəlilər deyirlər ki, üsyançılar maddi baxımdan İrandan dəstək alırlar. Tehran isə iddianı təkzib edir.

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı mübarizəyə rəhbərlik edir

Səudiyyə Ərəbistanı eləcə də, İranın əsas müttəfiqi Suriya prezidenti Bəşər əl-Əsədi devirməyə çalışan üsyançı qüvvələri dəstəkləyir.

Səudiyyə Ərəbistanı regionda ən güclü təchiz olunmuş ordua sahibdir və dünyanın ən böyük silah idxalçılarından biridir. Ordunun sayı 227.000 kimi göstərilir.

İran

İran 1979-cu ildə İslam respublikasına çevrilib. Monarxiya devrildikdən sonra, siyasi idarə ali lider Ayəttulla Xomeyninin əlinə keçib.

İranın 80 milyonluq əhalisinin böyük hissəsi şiə müsəlmanlarıdır və ölkə regionun aparıcı şiə gücüdür. Hazırkı lider Əli Xamneyi əsas xarici və daxili siyasət məsələlər üzrə son sözə malikdir.

İran Suriya prezidenti Bəşər əl-Əsədi müxalif qruplar və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı mübarizəsində dəstəkləyir. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Suriya və İraqda sünni cihadçılarına qarşı əsas rolu oynayıb.

İran həmçinin inanır ki, Səudiyyə Ərəbistanı, Livan hakimiyyətinin bir hissəsini təşkil edən şiə hərəkatı Hizbullaha görə orada sabitliyi pozmağa çalışır.

İran ABŞ-ı əsas rəqibi görür.

İİKK İranın əsas hərbi, siyasi və iqtisadi gücüdür

Deyilənlərə görə, İran regionun ən müasir raket sistemlərinə malikdir.

Daimi ordu və İİKK da daxil olmaqla ölkənin xidmətdə olan personalına 534.000-dən çox adam daxildir.

ABŞ

ABŞ-İran münasibətləri demək olar ki, həmişə gərgin olub. 1953-cü ildə Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) tərəfindən İran baş nazirinin işdən atılmasından tutmuş, İran inqilabı və 1980-ci illərdə Tehrandakı ABŞ səfirliyi işçilərinin girov götürülməsinə qədər müxtəlif hadisələr gərginlik yarasına, necə deyərlər duz səpib.

Digər tərəfdən isə Səudiyyə Ərəbistanı həmişə ABŞ-ın müttəfiqi olub. Hərçənd ki, Barack Obama administrasiyası altında münasibətlər yaxşı olmayıb.

Prezident Trump İrana qarşı kəskin münasibət göstərmək sözü versə də, Obama administrasiyası zamanı İran ilə əldə olunan nüvə sazişi barədə sözünü hələ ki, tutmur.

Ağ Ev və Səudiyyənin ali simaları isə bir-birləri üçün qırmızı xalı sərməkdə davam edirlər.

ABŞ Səudiyyə Ərəbistanının çoxdankı müttəfiqidir

Nə cənab Trump, nə də onun administrasiyası krallıqdakı radikal İslamı İrandakı terrorizm qədər tənqid etmirlər. Nə də ki, Səudiyyə onların mübahisəli səyahət qadağası siyahısına daxildir.

Donald Trump-ın prezident kimi ilk səfəri Orta Şərqə olub və o, Səudiyyə və İsrail liderləri ilə görüşüb.

Səudiyyə Ərəbistanı ABŞ-ın silah satdığı əsas ölkədir.

Rusiya

Rusiya həm Səudiyyə Ərəbistanı, həm də İran ilə müttəfiqdir. Hər iki ölkə ilə iqtisadi əlaqələri var. Eləcə də hər iki ölkəyə müasir silahlar satıb.

Rusiya Tehran ilə Riyad arasındakı gərginlikdə görünür ki, tərəf saxlamır. Əksinə arada vasitəçi rolunu oynamağa üstünlük verdiyini göstərir.

Moskvanın Orta Şərqdəki məsələlərə Soyuq Müharibə dövründən qarışdığını görmək olar. Belə ki, Sovet İttifaqı Suriya hərbçilərini silahla təmin edir və təlimlər keçirdi.

Suriyadakı və regiondakı təsiri, Sovet İttifaqı dağıldıqdan sonra səngisə də, Moskva yenidən bu yolda işləyir.

Suriya müharibəsində Rusiyanın havadan müdaxiləsi, və İranın dəstəyi Bəşər əl-Əsədin xeyrinə olub.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriya və Rusiya qüvvələri ölkə ərazisinin 90%-ni azad edib

Türkiyə

Türkiyə, Orta Şərqdə artan hərbi və siyasi inkişafda İran ilə Səudiyyə Ərəbistanı arasındakı incə xətti basdalayıb.

2002-ci ildə hakimiyyətə gələn İslam-yönlü Ədalət və İnkişaf Partiyası Ankaranın regional məsələlərə müdaxiləsini artırıb.

Sünnilərin üstünlük təşkil etdiyi Türkiyə, Səudiyyə Ərəbistanı ilə məzhəb qohumluğu və Suriya hökumətinə qarşı ortaq mövqeyi vasitəsilə yaxın olub.

Türkiyənin İran ilə soyuq münasibəti, onların ərazidəki kürd təsirinə qarşı birgə addım atmasının qarşısını almayıb. Belə ki, hər iki ölkə kürdləri təhlükə kimi görürlər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İran ilə Səudiyyə Ərəbistanı mübarizəsində Qətərin tərəfini tutub

İsrail