Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib


Dünya 14 Noy 2017 21:57:22 268 0

Pentaqon Rusiya Müdafiə Nazirliyinin İŞİD-lə bağlı ittihamlarını rədd edib

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yalnışdır”

ABŞ rəhbərlik etdiyi koalisiya başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməkdə ittiham etməsi iddialarını sübudsuz adlandırıb. “Report” xəbər veirr ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yalnışdır,” -deyə R.Dillon bildirib.

R.Dillonun fikrincə, Rusiya bu cür bəyanatları yaymaqla Suriyada üzləşdiyi əsl çağırışlardan fikiri yayındırmağa çalışır. 

Qeyd edək ki, bir müddət əvvəl Rusiya müdafiə nazirliyi ABŞ-ın İŞİD döyüşçülərinə dəstək verdiyi barədə danılmaz sübutların olduğunu iddia edərək yaymışdı.