"Miss Top Model Azerbaijan-2018"-in ilk kastinqi keçirilib (FOTO)


Digərləri 14 Noy 2017 20:41:42 224 0

"Miss Top Model Azerbaijan-2018"-in ilk kastinqi keçirilib (FOTO)

İlk kastinq dənizkənarı parkda yerləşən "Switch Venezia" restoranında keçirilib.

Bakı. İlk kastinq dənizkənarı parkda yerləşən "Switch Venezia" restoranında keçirilib. Trend-in məlumatına görə, münsiflər heyətinin üzvləri arasında Azərbaycanın tanınmış simalarını görmək olardı. «Miss Top Model Azerbaijan-2017» Ceyhunə Əliyeva, aktyor və aparıcı Rüfət Nəzər, jurnalist Seymur Zəkaryayev, model, aktrisa Natavan Əfəndiyeva, «Miss & Mister Azerbijan» müsabiqəsinin icraçı direktoru Amil Abbasov, xoreoqraf Arif İslamov, fotoqraf Ruslan Məmmədov və «Miss Top Model Azerbaijan» müsabiqəsinin təşkilatçısı İnam Quliyev. Kastinqə qatılan namizədlərdən növbəti mərhələyə yalnız 7-si keçib: № 1. Elnarə İstayılova № 2. Amaliya Quliyeva № 3. Тürkanə Məmmədli № 5. Yuliya Dmitriyeva № 7. Arzu bağışova № 9. Lana Salikova № 11. Sevil Həsənli Növbəti seçim turunun tarixi yaxın günlərdə elan olunacaq. Siz müsabiqədə iştirak etmək istəyirsiniz? Dərhal, vaxt itirmədən anketi doldurun və ərizənizi göndərin: http://www.misstopmodel.az/form İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az