İranda zəlzələ qurbanlarının sayı durmadan artır - 530 nəfər


Digərləri 14 Noy 2017 20:27:10 243 0

İranda zəlzələ qurbanlarının sayı durmadan artır - 530 nəfər

İraq-İran sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində ölənlərin sayı artmaqda davam edir.

Bakı. Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində ölənlərin sayı artmaqda davam edir. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 530 nəfər ölüb, təqribən 7500 nəfər xəsarət alıb. Bundan əvvəl 445 nəfərin həlak olduğu bildirilirdi. Qeyd edək ki, 7,4 ballıq zəlzələ nəticəsində İranda 12 min ev dağılıb.