Türkiyənın tanınmış qəzeti Nobel qardaşlarının Bakı fəaliyyəti haqqında məqalə hazırladı


Digərləri 14 Noy 2017 19:44:00 366 0

Türkiyənın tanınmış qəzeti Nobel qardaşlarının Bakı fəaliyyəti haqqında məqalə hazırladı

Türkiyənin tanınmış "Yeni Əsr" qəzetinin yazarı Şenol Kantürk Türkiyə Dokuz Eylül Universitetinin dosenti, tarixçi Dr. Vəfa Kurbanın "Nobellər, Nobel ödülləri və Bakı Nefti" kitabı haqqında geniş məqalə yazıb.

Son.az-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Məqalədə Nobel qardaşlarının silah ticarətindən necə varlanması, Krım müharibəsi zamanı silah ticarətindən külli miqdarda pul qazanmaları, sonra Robert Nobel 1870-ci illərin əvvəllərində Peterburqdan Azərbaycana gələrək neft sahəsi ilə maraqlanması, daha sonra öz qardaşını da bu sahəyə çəkərək, birlikdə 1879-ci illərdə "Nobel Qardaşları Şirkətini" yaratmaqlarına diqqət çəkilib. Məqalədə dünyada Nobel mükafatlarının verilməsində Bakı neftindən qazandıqları sərvət də xüsusi qeyd edilib.