Belaruslu balet ulduzları "Don Kixot" baletinin tamaşasında çıxış edəcəklər


Digərləri 14 Noy 2017 19:24:00 290 0

Belaruslu balet ulduzları "Don Kixot" baletinin tamaşasında çıxış edəcəklər

Uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan L.Minkusun "Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaqdır. Baletsevərlərin çox böyük maraqla qarşıladıqları bu tamaşada əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunmuşlar. 

Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri olan hər iki gənc balet ulduzlarının bir sıra beynəlxalq müsabiqələrinin laureatlarıdır. Xüsusən Aleksandra Çijik bir çox ölkələrdə populyar olub Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya. Böyük Britaniya, ABŞ, Çin, Yaponiya, Meksika, Qvatemala, Yunanıstan və Kiprdə uğurla çıxış etmişdir. 

Tamaşada həmçinin balet truppamızın solistlərindən Əməkdar artistlər Makar Ferştandt və Samir Səmədov, habelə Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və b. çıxış edəcəklər.