İlk hicablı "Barbie" satılacaq VİDEO FOTO
Digərləri 14 Noy 2017 12:53:00 537 0
Dünyaca məşhur "Barbie" kuklalarının istehsalçısı olan "Mattel" (ABŞ) korporasiyası tarixində ilk hicablı kuklanı təqdim edib.
Son.az ABC-yə istinadən bildirir ki, bu kukla amerikalı qılıncoynadan, 31 yaşlı İbtihac Muhammadın tərəfinə buraxılıb. 2016-cı ildə ABŞ-ın qılıncoynatma yığmasının heyətində Olimpiya Oyunlarına qatılmış İtihac olimpiadalarda çıxış edən ilk hicablı amerikalı idmançı olmuşdu.
Hicablı "Barbi"nin əynində qılıncoynadan kostyumu, əllərində isə qılınc və dəbilqə var.
İbtihac Muhammad kuklanı Nyu-Yorkda keçirilən "Glamour's Women of the Year Live Summit" mərasimində təqdim edib.
"Shero" seriysına daxil olan kukla 2018-ci ildə satışa çıxarılacaq.
"Bütün dünyadakı qızları və qadınları bəlirlənmiş çərçivələrdən kənara çıxmağa ruhlandıran İbtihac Muhammadın şərəfinə hazırlarıdığımız kuklanı qürurla təqdim edirik", - "Mattel"in açıqlamasında deyilir.
İ.Muhammad dünya çempionatlarında və Panamerika Oyunlarında qızıl medallar qazanıb. 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında isə o, bürünc medala yiyələnmişdi.