Duman əleyhinə yol lazer sistemi icad edilib


Digərləri 14 Noy 2017 08:33:00 275 0

Duman əleyhinə yol lazer sistemi icad edilib

İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar.

Son.az Trend-ə istinadən bildirir ki, 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.

Ağır iqlim şəraitində sınaqdan keçirilmiş və tam avtomatlaşdırılmış "LaserAid" adlı sistem yolu duman bürüdüyü zaman işə düşür. İtaliyanın yol xidməti tədricən ölkənin bütün yollarını "lazer" duman əleyhinə qurğularla təchiz etmək niyyətindədir. Yolu işıqlandıran adi fənərlərin analoji iş prinsipinə malik bu qurğu yol boyu dayaq və sütunlarda yerləşdirilə bilər.