İtaliyada terror aktı hazırlayan qadın deportasiya edilib


Digərləri 14 Noy 2017 05:14:00 245 0

İtaliyada terror aktı hazırlayan qadın deportasiya edilib

Milan şəhərində yaşayan misirli qadın hüquq-mühafizə orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqələrinin olduğu öyrənildikdən sonra ölkədən deportasiya edilib

Bakı. Milan şəhərində yaşayan misirli qadın hüquq-mühafizə orqanları tərəfindən İŞİD terror qruplaşması ilə əlaqələrinin olduğu öyrənildikdən sonra ölkədən deportasiya edilib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qadın İŞİD ilə əlaqə yaradıb və onlardan onu Suriyaya keçirmələrini istəyib. Yaranan çətinliklərdən sonra o, bu plandan imtina edib və İtaliyada terror aktı törətmək istəyib. Məlumata əsasən, qadının evində axtarışlar aparılıb və qadın Suriyaya getmək niyyətində olduğunu etiraf edib.