Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA


Digərləri 06 Dek 2025 09:50:00 60 0

Manatın məzənnəsi ilə bağlı vacib AÇIQLAMA

"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək". Son.az xəbər verir ki, "S&P Global Ratings" Azərbaycan üzrə yenilənmiş iqtisadi proqnozlarını açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqeyi bu prosesi dəstəkləyir. 2025-ci il 31 oktyabr tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd dollara yüksəlib (təxminən dörd aylıq cari ödənişlərə bərabərdir) və bu, proqnozlaşdırılan neft qiymətləri fonunda əhəmiyyətli bufer yaradır. Bununla belə, iqtisadiyyatın karbohidrogen gəlirlərindən yüksək asılılığı səbəbindən uzunmüddətli zəif neft qiymətləri halında ehtiyatların qorunması üçün məzənnənin idarəolunan dəyişikliyi istisna edilmir. Mövcud məzənnə rejimi inflyasiyanı sabitləşdirir, lakin Mərkəzi Bankın monetar siyasət imkanlarını məhdudlaşdırır: "Pandemiyadan əvvəl 55% olan depozit dollarlaşması hazırda 29%-ə düşüb, bu da manat depozitlərinə daha yüksək faizlər və məzənnə sabitliyi ilə izah olunur. Yenə də dollarlaşma etibara həssas olaraq qalır və valyuta təzyiqi yaranarsa, əhalinin xarici valyutaya sürətli keçidi mümkündür". Agentlik əlavə edib ki, Azərbaycan 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində prudensial tənzimləmə və bank nəzarətini gücləndirməyə yönəlmiş bir sıra islahatlar həyata keçirir. Tənzimləyici qurumlar Basel III standartlarını mərhələli şəkildə tətbiq edir, riskə əsaslanan nəzarət modelini pilot şəkildə sınaqdan keçirir, həmçinin idarəetmə, açıqlama və makroprudensial nəzarətin gücləndirilməsi üzrə təşəbbüslər irəli sürülür. Bu islahatlar hələ ilkin mərhələdədir, lakin tam tətbiq olunduqdan sonra ölkənin bank tənzimləməsinin beynəlxalq praktikaya yaxınlaşmasına töhfə verəcək. Bu arada bank sektoru genişlənən depozit bazası ilə dəstəklənən sabit maliyyələşmə profili nümayiş etdirir. Depozit dollarlaşması regional orta səviyyələrə yaxınlaşsa da, kredit dollarlaşmasından xeyli yüksək olaraq qalır ki, bu da bank balanslarında xarici valyutada öhdəliklərlə əsasən manatla olan aktivlər arasında struktur uyğunsuzluq yaradır. /"APA-Economics"

Azərbaycandakı yol qəzalarının əsas səbəbi açıqlandı like
  • 06 Dek 09:48  
Digərləri Azərbaycandakı yol qəzalarının əsas səbəbi açıqlandı

"Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır

arrow Ətraflı
"Bentley"lər geri çağırılır  Yolda alışa bilər like
  • 06 Dek 09:40  
Digərləri "Bentley"lər geri çağırılır Yolda alışa bilər

"Bentley" ABŞ-də 130 ədəd "Bentayga Hybrid" modelini ger

arrow Ətraflı
Karib partlayışı: Maduronun meydan oxuması və Trampın riskli oyunu like
  • 06 Dek 09:39  
Dünya Karib partlayışı: Maduronun meydan oxuması və Trampın riskli oyunu

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
"Belə olsa, istənilən vaxt pensiyaya çıxmaq mümkün olacaq" like
  • 06 Dek 09:30  
Digərləri "Belə olsa, istənilən vaxt pensiyaya çıxmaq mümkün olacaq"

Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirə

arrow Ətraflı
"Yoxa çıxan" Türkan Vəlizadə uzun aradan sonra belə GÖRÜNTÜLƏNDİ like
  • 06 Dek 09:20  
Şou-biznes "Yoxa çıxan" Türkan Vəlizadə uzun aradan sonra belə GÖRÜNTÜLƏNDİ

Uzun müddətdir ekranlarda görünməyən müğənni Türkan Vəlizadə sosial

arrow Ətraflı
Qonşu ölkədə güclü zəlzələ oldu like
  • 06 Dek 09:00  
Dünya Qonşu ölkədə güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ağ paltarların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdur like
  • 06 Dek 08:41  
Digərləri Ağ paltarların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdur

Ağ paltarlar zaman keçdikcə bozara, sarala və əvvəlki parlaqlığını iti

arrow Ətraflı
“Dedilər ki, aparatı söndürək, daha yaşamır“ like
  • 06 Dek 08:24  
Şou-biznes “Dedilər ki, aparatı söndürək, daha yaşamır“

Xalq artisti Röya Ayxan bu ilin avqustunda vəfat edən atası Yaqub Nəcəfovu

arrow Ətraflı
Bulğur plovuna hansı ədviyyat yaraşır? like
  • 06 Dek 08:08  
Digərləri Bulğur plovuna hansı ədviyyat yaraşır?

Bulğur plovu düzgün seçilmiş ədviyyatlarla daha zəngin və aromatik bir d

arrow Ətraflı
“Dedim ki, mikrofon işləmir, zaldan alqışlar gəldi" like
  • 06 Dek 07:35  
Şou-biznes “Dedim ki, mikrofon işləmir, zaldan alqışlar gəldi"

Xalq artisti Alim Qasımov bir neçə gün əvvəl qızı, Əməkdar artist Fər

arrow Ətraflı
Çox yeyənlər niyə gec doyur?  Səbəb açıqlandı like
  • 06 Dek 07:07  
Digərləri Çox yeyənlər niyə gec doyur? Səbəb açıqlandı

Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. 

arrow Ətraflı
Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI like
  • 06 Dek 06:06  
Şou-biznes Azərbaycanlı müğənni Dubaydakı biznesindən DANIŞDI

"Artıq bizə yox, cavan müğənnilərə pul verirlər"

arrow Ətraflı
Bu tarixdə doğulanların xüsusi like
  • 06 Dek 05:05  
Digərləri Bu tarixdə doğulanların xüsusi

Son zamanlar sosial şəbəkələrdə və ezoterik yanaşmalarda doğum tarixlə

arrow Ətraflı
Orqanlara bənzəyən qidalar like
  • 06 Dek 04:04  
Digərləri Orqanlara bənzəyən qidalar

Orqanlarımızın əkizini xatırladan qidalar

arrow Ətraflı
Yatmazdan əvvəl bu çayı için  möcüzəvi FAYDALARI like
  • 06 Dek 03:03  
Digərləri Yatmazdan əvvəl bu çayı için möcüzəvi FAYDALARI

Çobanyastığı (çobanyastığı) çayı uzun illərdir sakitləşdirici və r

arrow Ətraflı