Bulğur plovuna hansı ədviyyat yaraşır?
Digərləri 06 Dek 2025 08:08:00 56 0
Bulğur plovu düzgün seçilmiş ədviyyatlarla daha zəngin və aromatik bir dada sahib olur. Qara istiot plova yüngül acılıq və dərinlik qatır, cirə isə aroması ilə ləzzəti balanslaşdırır. Pul bibər və kəklikotu həm rəng, həm də xoş qoxu əlavə edir, nanə təzəlik hissi yaradır. Defne yarpağı isə bişmə prosesində bütün dadları birləşdirərək plovun aromasını gücləndirir.
Bu xəbəri də oxu: Bakının sevilən "Qış nağılı" yenidən Fəvvarələr meydanında
Qara istiot bulğur plovuna yüngül acılıq və gözəl bir ətir əlavə edir. Xüsusilə təzə çəkilmiş qara istiot istifadə edildikdə ləzzət daha da artır. Pomidorlu və tərəvəzli bulğur plovları ilə mükəmməl uyğunlaşır.
Pul bibər plova həm rəng, həm də istilik qatır. Acılıq dərəcəsini öz zövqünüzə görə tənzimləyə bilərsiniz. Xüsusilə isti plovun üzərinə əlavə edildikdə xoş ətri dərhal hiss olunur. Ətli və toyuqlu bulğur plovları ilə çox yaxşı uyğun gəlir.
Cirə bulğura yüngül ədviyyəli bir dad bəxş edir. Az miqdarda istifadə olunsa belə plovun xarakterini dəyişdirir. Xüsusilə noxudlu və mərcimli bulğur plovuna çox yaraşır. Plovun ağırlığını azaldaraq daha balanslı bir dad yaradır.
Quru nanə plova təravətli bir aroma əlavə edir. Xüsusilə yay mövsümündə hazırlanan yüngül bulğur plovları üçün idealdır. Yağlı və ağır ləzzətləri balanslaşdırır. Pomidor və bibərlə hazırlanan plovlarla çox yaxşı uyğunlaşır.
Kəklikotu bulğurun təbii dadını ön plana çıxarır. Ətli və tərəvəzli bulğur plovları ilə harmonik bir dad yaradır. Az miqdarda istifadə edilməsi kifayətdir, çox olduqda ləzzəti üstələyə bilər.
Dəfnə yarpağı plova dərin və aromatik bir dad verir. Plov bişərkən qazana bir neçə yarpaq əlavə etmək kifayətdir. Aşırı istifadə edilmədikdə dadları birləşdirir və zənginləşdirir. Xüsusilə kərə yağı ilə hazırlanan və tərəvəzli plovlarda çox uğurlu nəticə verir.
Bulğur plovunda ədviyyatların ölçülü istifadəsi böyük əhəmiyyət daşıyır. Hər ədviyyatın öz rolu var və düzgün nisbətdə istifadə edildikdə plovun ləzzəti xeyli artır. Lalə Qüdrətova Son.az
Xalq artisti Alim Qasımov bir neçə gün əvvəl qızı, Əməkdar artist Fər
Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir.
"Artıq bizə yox, cavan müğənnilərə pul verirlər"
Son zamanlar sosial şəbəkələrdə və ezoterik yanaşmalarda doğum tarixlə
Çobanyastığı (çobanyastığı) çayı uzun illərdir sakitləşdirici və r
Tarixə məlum olduğu kimi, 1918-ci ildə bütün Romanov ailəsi - Rusiya impe
Müğənni Kəmalə Günəşli səhnə fəaliyyəti və oxuduğu janrla bağlı
Dəri təmizliyi gözəllik rutinlərinin ən əsas addımı olsa da, ən çox s
Moped sürücüləri də motoskilet və avtomobil sürücüləri kimi məsuliyə
Əməkdar artist Rəşad İlyasov Xalq artisti Zeynəb Xanlarova ilə bağlı pa
Son.az Simarın əsas vərdişlərijni təqdim edir:
Bir qrup mütəxəssisin daxil olduğu Pesticide Action Network UK (Böyük Brit
Bakı sakini Şahin Quliyev yaşadığı evdən çıxarılıb. Onun övladı da
