Dəri təmizliyində ən çox edilən səhvlər


Digərləri 06 Dek 2025 00:47:00 45 0

Dəri təmizliyində ən çox edilən səhvlər

Dəri təmizliyi gözəllik rutinlərinin ən əsas addımı olsa da, ən çox səhvin edildiyi mərhələdir. Çünki bir çox insan üçün "daha çox təmizləmək = daha yaxşı nəticə" kimi yanlış bir düşüncə formalaşıb. Halbuki dəri, özünün təbii balansına, pH səviyyəsinə və mikroflorasına malik canlı bir orqandır. Bu balans pozulduqda isə, hansı məhsul istifadə olunursa olunsun, dəri sağlam görünüş əldə edə bilmir. Son.az dəri təmizliyi ilə bağlı ən çox edilən səhvləri təqdim edir:

Dərinin "çırpılmış" kimi gərgin hiss edilənə qədər yuyulması

Bu hiss bəzən "tam təmizlik" kimi qəbul edilir, amma əslində dərinin onu qoruyan təbii yağ qatının tamamilə yox olması deməkdir. Bu lipid təbəqə dərinin nəmini qoruyan və onu xarici təsirlərdən müdafiə edən əsas baryerdir. Bu qat zədələndikdə dəri quruyur, dartılır, həssaslaşır və uzun müddətdə erkən yaşlanma sürətlənir. Təmizlik hissi deyil, rahatlıq hissi əsas olmalıdır - dəri həm təmiz, həm də yumşaq və nəmli qalmalıdır.

Səhər və axşam eyni məhsullardan istifadə etmək

Dərinin bioloji ritmi var: səhər özünü qorumağa, axşam isə bərpa etməyə yönəlir. Buna görə də gündüz və gecə təmizliyi eyni olmamalıdır.

Səhər: Yüngül, pH balanslı gel kifayətdir.

Axşam: İdeal üsul iki mərhələli təmizlikdir - əvvəlcə yağ əsaslı təmizləyici ilə makiyaj və günəş qoruyucu qalıqları aradan qaldırılır, sonra su əsaslı təmizləyici ilə dəri tam təmizlənir.

Bu üsul aktiv maddələrin dəriyə daha yaxşı nüfuz etməsinə də kömək edir.

Pilinqin düzgün olmayan tezlikdə tətbiqi

Pilinq ölü hüceyrələri təmizləyərək hüceyrə yenilənməsini dəstəkləyir, lakin həddindən artıq istifadə dərinin müdafiə sistemini zəiflədir.

Yağlı dəri: həftədə 2 dəfə

Quru və həssas dəri: həftədə 1 dəfə kifayətdir

Pilinq baxım deyil, soyma prosesidir. Həddindən artıq tətbiq dərini incəldir və ləkə riskini artırır.

Üzü isti su ilə yumaq

İsti su dərinin lipid baryerini zədələyir və nəmini azaldır. Xüsusilə həssas və rozaseyə meyilli dəri üçün qızartı və yanma hissini artırır.

Ən düzgün üsul: ilıq su ilə qısa müddətlik yuma və dərini dəsmalla sürtmədən, yüngül şəkildə qurulamaq.

Təmizləyicini dəri üzərində uzun müddət saxlamaq

Təmizləyicilər dərini müalicə etmək üçün deyil, sadəcə kir və qalıqları aradan qaldırmaq üçün hazırlanıb. Onları maska kimi saxlamaq qıcıqlanmaya yol aça bilər.

Əlikramın evində toy olacaq like
  • 06 Dek 00:45  
Şou-biznes Əlikramın evində toy olacaq

Müğənni Əlikram Bayramovun evində xeyir iş olacaq.

arrow Ətraflı
Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək like
  • 06 Dek 00:35  
Digərləri Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək

Moped sürücüləri də motoskilet və avtomobil sürücüləri kimi məsuliyə

arrow Ətraflı
Zeynəb Xanlarovanın yeni FOTOsunu paylaşdı like
  • 06 Dek 00:29  
Şou-biznes Zeynəb Xanlarovanın yeni FOTOsunu paylaşdı

Əməkdar artist Rəşad İlyasov Xalq artisti Zeynəb Xanlarova ilə bağlı pa

arrow Ətraflı
Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı like
  • 06 Dek 00:21  
Digərləri Kimyəvi zəhər yükü ən yüksək olan meyvə və tərəvəzlər açıqlandı

Bir qrup mütəxəssisin daxil olduğu Pesticide Action Network UK (Böyük Brit

arrow Ətraflı
"Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir" like
  • 06 Dek 00:09  
Digərləri "Hava soyuqdur, üşüyürəm, çöldə yaşamaq çətindir"

Bakı sakini Şahin Quliyev yaşadığı evdən çıxarılıb. Onun övladı da

arrow Ətraflı
Binəqədidə kafedəki partlayışın şahidi: "İşçilərdən biri yanırdı, mən söndürdüm" like
  • 06 Dek 00:02  
Digərləri Binəqədidə kafedəki partlayışın şahidi: "İşçilərdən biri yanırdı, mən söndürdüm"

Binəqədidə obyektdə baş verən partlayışla bağlı hadisə şahidi danı�

arrow Ətraflı
Günün qoroskopu: Maliyyə məsələlərində tələskənlik etmə like
  • 06 Dek 00:01  
Digərləri Günün qoroskopu: Maliyyə məsələlərində tələskənlik etmə

Son.az 6 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı
Bakı metrosunda tüstülənmə  Sərnişinlər düşürüldü like
  • 05 Dek 23:50  
Digərləri Bakı metrosunda tüstülənmə Sərnişinlər düşürüldü

Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkəti

arrow Ətraflı
Niyə hamı kökəlir?  AÇIQLAMA like
  • 05 Dek 23:47  
Digərləri Niyə hamı kökəlir? AÇIQLAMA

Son illər ölkəmizdə piylənmə hallarında ciddi artım müşahidə olunur.

arrow Ətraflı
Sırski: Ukrayna üçün ərazidən imtina etməyəcəyik like
  • 05 Dek 23:38  
Dünya Sırski: Ukrayna üçün ərazidən imtina etməyəcəyik

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin h

arrow Ətraflı
Halil Ergün xəstəxanaya yerləşdirildi like
  • 05 Dek 23:24  
Şou-biznes Halil Ergün xəstəxanaya yerləşdirildi

Türkiyəli məşhur aktyor Halil Ergünün ürəyinə gedən əsas damarlardan

arrow Ətraflı
Maqnolia desertinin resepti like
  • 05 Dek 23:13  
Digərləri Maqnolia desertinin resepti

Nyu-Yorkdakı məşhur "Magnolia Bakery"dən bütün dünyaya yayılan

arrow Ətraflı
Hamiləlik testinin səhv göstərdiyi saatlar açıqlandı like
  • 05 Dek 23:00  
Digərləri Hamiləlik testinin səhv göstərdiyi saatlar açıqlandı

Hamiləlik testinin hansı vaxtda edilməsi nəticənin dəqiqliyinə təsir edi

arrow Ətraflı