Çox yeyənlər niyə gec doyur? Səbəb açıqlandı
Digərləri 06 Dek 2025 07:07:00 74 0
Müasir həyat tempi səbəbindən insanlar çox vaxt yeməyi tələsik yeyir. Sürətli yemək vərdişi stress və narahatlığı artıra bilər.
Bu xəbəri də oxu: Qobudakı yanğınla bağlı RƏSMİ MƏLUMAT
Son.az xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, bu vərdiş narahatlıq və stress hissini gücləndirir.
Həkimin sözlərinə görə bağırsaq və beyin arasında sıx əlaqə var. İnsan yeməyi çox sürətlə qəbul edəndə həzm prosesi pozulur və beyin qarışıq siqnallar alır. Bu isə gərginlik hissini artırır.
Cikiya deyib ki həzm prosesi ağızda başlayır. İnsan yeməyi yaxşı çeynəmədikdə beyin və həzm sistemi üçün lazımi siqnal yaranmır. Bu səbəblə orqanizm qidanı qəbul etməyə hazır olmur.
Sürətli yeməyin başqa mənfi tərəfi toxluq hissinin gecikməsidir. Beyin toxluq siqnalını təxminən 15 və ya 20 dəqiqədən sonra qəbul edir. İnsan qısa müddətdə çox porsiya yeyəndə həddindən artıq qida qəbul etdiyi üçün narahatlıq yaradan fiziki ağırlıq hissi başlaya bilir.
Bundan başqa belə vərdiş şəkər səviyyəsində dalğalanma yaradır. Qida karbohidratlı olduqda qan şəkəri sürətlə yüksəlir daha sonra isə eyni sürətlə düşür. Bu proses əsəbilik və gərginlik hissini artırır.
Mütəxəssis bildirib ki, yavaş və diqqətli şəkildə yemək psixoloji rahatlıq üçün çox təsirlidir. Bu yalnız qidalanma qaydası deyil həm də meditasiya formasıdır. İnsan yemək zamanı diqqətini qidaya yönəltdikdə orqanizm stres vəziyyətindən çıxır və rahatlanma halına keçir. Bu zaman stress hormonu olan kortizol azalır.
Cikiya sakit yeməyə başlamaq üçün sadə addımlar göstərib. O deyib ki, yeməyə başlamazdan əvvəl bir neçə dəfə dərin nəfəs almaq lazımdır. Uzun müddət çeynəmək və hər tikədən sonra qaşığı və ya çəngəli masaya qoymaq yeməyi yavaşıdır. Cihazlardan uzaq durmaq da diqqəti yalnız qidaya yönəltməyə kömək edir.
Mütəxəssisin fikrincə yemək vaxtını kiçik rahatlıq anına çevirmək mümkündür. Təxminən 20 və ya 30 dəqiqə sakit şəkildə nahar etmək sinir sisteminin yükünü azalda bilər.
İsmayıl Son.az
"Artıq bizə yox, cavan müğənnilərə pul verirlər"
Son zamanlar sosial şəbəkələrdə və ezoterik yanaşmalarda doğum tarixlə
Çobanyastığı (çobanyastığı) çayı uzun illərdir sakitləşdirici və r
Tarixə məlum olduğu kimi, 1918-ci ildə bütün Romanov ailəsi - Rusiya impe
Müğənni Kəmalə Günəşli səhnə fəaliyyəti və oxuduğu janrla bağlı
Dəri təmizliyi gözəllik rutinlərinin ən əsas addımı olsa da, ən çox s
Moped sürücüləri də motoskilet və avtomobil sürücüləri kimi məsuliyə
Əməkdar artist Rəşad İlyasov Xalq artisti Zeynəb Xanlarova ilə bağlı pa
Son.az Simarın əsas vərdişlərijni təqdim edir:
Bir qrup mütəxəssisin daxil olduğu Pesticide Action Network UK (Böyük Brit
Bakı sakini Şahin Quliyev yaşadığı evdən çıxarılıb. Onun övladı da
Binəqədidə obyektdə baş verən partlayışla bağlı hadisə şahidi danı�
Son.az 6 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
