Dünyanın ən kiçik kitabxanası telefon köşkündə yerləşir


Digərləri 13 Noy 2017 22:20:00 281 0

Dünyanın ən kiçik kitabxanası telefon köşkündə yerləşir

Dünyanın ən kiçik kitabxanası İngiltərənin Uestberi-sab-Mendip şəhərində telefon köşkündə yerləşir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, ondan dünyanın ən kiçik kitabxanasını düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur. Kitabxanadan hətta gecələr də istifadə etmək olar. Onun rəflərində müxtəlif mövzularda kitablar və disklər tapmaq mümkündür.