Keyfiyyətli təhsil verəcək hazırlıq kursları necə seçmək olar? VİDEO


Digərləri 13 Noy 2017 22:06:00 272 0

Keyfiyyətli təhsil verəcək hazırlıq kursları necə seçmək olar?  VİDEO

İldən-ilə ölkədə, xüsusilə də paytaxtda ali məktəblərə hazırlıq kurslarının sayı çoxalır.

Son.az bildirir ki, xüsusi lisenziya tələb edən fəaliyyət sahəsi olmadığına görə bu, bəziləri üçün əsl fürsətə çevrilib. Peşəkarlığı yüksək olmayan müəllimləri cəlb etməklə aşağı qiymətə kurs təşkil edənlərin sayı hər keçən gün artır. Belə kurslar adətən binaların zirzəmilərində və ya 2-3 otaqlı şəraitsiz otaqlarda təşkil olunur ki, bu da hazırlığın keyfiyyətinə təsir edir.

Təhsil ekspertləri deyirlər ki, övladlarının ali məktəblərə daxil olması üçün kurs seçərkən bir sıra amilləri nəzərə almalıdırlar.

Ekspert Rəsul Ağayevin sözlərinə görə, kursda tədrisin hansı proqram əsasında həyata keçirilməsinə diqqət edilməlidir. Bəzi kurslar öz proqramlarını təqdim edirlər ki, bu da yolverilməzdir. Çalışmaq lazımdır ki, tədris Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin proqramları çərçivəsində aparılsın.