İlk sənaye klasterləri Azərbaycanda harada yaradılacaq?


Digərləri 13 Noy 2017 21:54:00 288 0

İlk sənaye klasterləri Azərbaycanda harada yaradılacaq?

Azərbaycanda ilk sənaye klasterləri Sumqayıtda və Balaxanı qəsəbəsində yaradılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev deyib.

Onun sözlərinə görə, klasterlər Sumqayıt kimya-sənaye parkında "SOCAR Polymer" neft-kimya kompleksinin ətrafında və Balaxanıda bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda formalaşdırılacaq.