Binalara istilik nə vaxt veriləcək? VİDEO


Digərləri 13 Noy 2017 21:48:00 424 0

Binalara istilik nə vaxt veriləcək?  VİDEO

Hər il noyabr ayının 15-i binalarda istilik sitemləri işə salınır. Hazırda isə hava nisbətən günəşli keçir. Bəs görəsən bu mövsüm evlərə istilik nə vaxtdan veriləcək? Vətəndaşlar istilik sarıdan problemlə üzləşəcəklərmi?

Son.az bildirir ki, bu il 3 min 750 yaşayış binasına istilik verilməsi planlaşdırılır. Ötən il texniki problemlər səbəbindən xəttə qoşulmayan 5 minə yaxın mənzil də istiliklə təmin olunacaq.

"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyevin sözlərinə görə, artıq dağlıq rayonlarda mövsümə noyabr ayının birindən start verilib.

Hazırda 550-ə yaxın qazanxana hazır vəziyyətə gətirilib. İstilik məntəqələri, elektrik avadanlıqları, nəzarət-ölçü cihazları hazırdır.