Bəhreyndə neft kəməri partladıldı - Neftin qiyməti qalxdı


Digərləri 13 Noy 2017 21:14:39 285 0

Bəhreyndə neft kəməri partladıldı - Neftin qiyməti qalxdı

Ötən həftə sonu Bəhreyndə neft kəmərinin partladılması ilə əlaqədar olaraq, neft qiymətləri bu həftəyə yüksəlmə ilə başlayıb.

Bakı. Ötən həftə sonu Bəhreyndə neft kəmərinin partladılması ilə əlaqədar olaraq, neft qiymətləri bu həftəyə yüksəlmə ilə başlayıb. Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı partlayışdan sonra Bəhreynə neftin nəqlini dayandırıb. Partlayışın digər təfərrüatları barədə məlumat verilməyib. Brent markalı neft qiymətləri bu gün səhər saatlarında 0,08 faiz artım nümayiş etdirərək 63,57 dollar/barrel təşkil edib. WTI markalı neft üzrə dekabr fyuçersləri isə 0,12 faiz yüksəlib və 56,81 dollar/barrel təşkil edib.