Qazaxda sahibkarlar üçün treninq keçirilib


Digərləri 13 Noy 2017 20:31:00 210 0

Qazaxda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninq keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninq keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, üzümçülüyün inkişaf perspektivləri, marketinq mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinq və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Treninq çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə geniş məlumat verilib.