"Şaban"ın xanımı: "Danışmamağım üçün mənə pul verirdi"


Digərləri 13 Noy 2017 20:18:00 329 0

"Şaban"ın xanımı: "Danışmamağım üçün mənə pul verirdi"

"Şaban" ləqəbi ilə tanına aktyor Kamal Sunalın həyat yoldaşı gül Sunal onunla bağlı xatirələrini bölüşüb.

Mİlli.Az axşam.az-a isitnadən xəbər verir ki, Gül Sunal vaxtilə mərhum ərinin susması üçün ona pul verdiyini deyib:

"Danışmaq qədər gözəl şey yoxdur. Ancaq mənim susmağım üçün Kamal pul təklif edirdi. O pulu heç vaxt ala bilmədim. 10 dəqiqə susmağım üçün pul verirdi. Mən isə 5 dəqiqədən artıq dözə bilmirdim. İndi bol-bol danışa bilirəm. Kamal evdə də çox gülməli adam idi. Hər zaman mənimlə zarafatlaşırdı. Məni əyləndirirdi. Biz hələ də komik ailəyik. Ən çox bir-birimizə gülürük".