Masallıda telefon oğrusu yaxalandı


Digərləri 13 Noy 2017 19:38:00 241 0

Masallıda telefon oğrusu yaxalandı

Masallıda telefon oğrusu yaxalanıb.

Son.az bildirir ki, DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 10-da gecə saat 1 radələrində Masallı Rayon Polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb.

Araşdırmalarla əvvəllər məhkum olunmuş bu şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu daxil olduğunu, oradan isə 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib. Oğurladığı 1 ədəd "Nokia N 78" və 1 ədəd "Samsung C 100" markalı mobil telefonlar ondan maddi sübut kimi götürülüb.