Yer qaranlığa qərq olacaq?


Digərləri 13 Noy 2017 18:48:00 263 0

Yer qaranlığa qərq olacaq?

AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası noyabrın 15-də Yupiter ilə Veneranın bir-birinə yaxınlaşması nəticəsində Yerin noyabrın 27-dək qaranlığa qərq olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Son.az xəbər verir ki, Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Yupiter ilə Veneranın yaxınlaşmasının noyabrın 15-də olması barədə məlumatlar düzgün deyil. Çünki Yupiter ilə Veneranın ən yaxın məsafədə yaxınlaşması bu gün gündüz saat 12 radələrində olub.

X.Mikayılov qeyd edib ki, yaxınlaşma zamanı Yupiter ilə Venera arasındakı məsafə bədirlənmiş ayın yarısı qədər ( 7 günlük ay) olub.

Yupiter ilə Venera arasındakı məsafənin böyük olduğunu nəzərə çatdıran X.Mikayılov bildirib ki, Yerdən Veneraya qədər olan məsafə 245 milyon, Yupiterə qədər olan məsafə isə 956 milyon km-dir: