Nüsrət Əyyubova Prezidentin fərdi təqaüdü verilib


Digərləri 13 Noy 2017 18:19:00 182 0

Nüsrət Əyyubova Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Nüsrət Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Nüsrət Rauf oğlu Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.