Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək”


Dünya 13 Noy 2017 14:38:00 268 0

Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək”

İranda zəlzələ baş verən bölgədə yeraltı təkanlar daha iki həftə davam edəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Seysmoloji Proqnozlar Laboratoriyasının rəhbəri, geofizik alim Viktor Bokov bildirib.

O qeyd edib ki, İran seysmoloji cəhətdən fəal bölgədə yerləşir: "Orada zəlzələ kifayət qədər tez-tez baş verir. Yeraltı təkanlar olan rayonda 1900-cü ildən belə güclü zəlzələ baş verməyib".