Azərbaycanda hakimlərin sayının artırılması TƏKLİF olunur


Digərləri 13 Noy 2017 14:24:00 265 0

Azərbaycanda hakimlərin sayının artırılması TƏKLİF olunur

Azərbaycanda hakimlərin sayını artırmaq lazımdır

Azərbaycanda hakimlərin sayını artırmaq lazımdır. Trend-in məlumatına görə, bunu 2018-ci ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə millət vəkili Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, hakimlərin sayının iki dəfə artırılmalıdır: “Bu gün Azərbaycanda 555 hakim ştatı var, onlardan 49-u vakantdır. Hər min nəfərə düşən hakim sayına görə, Azərbaycan Avropa ölkələrindən geri qalır. Hakimlərin sayını iki dəfə artırmaq lazımdır. Onların maliyyləşdirilməsinə isə digər sahələr hesabına vəsait ayırmaq olar”.