Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində 8 nəfər öldürülüb


Dünya 13 Noy 2017 13:16:11 313 0

Əfqanıstanda polis məntəqəsinə hücum nəticəsində 8 nəfər öldürülüb

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb

 Əfqanıstanın Farah əyalətində terrorçuların Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində 8 polis əməkdaşı öldürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin təmsilçisi Gülbahar Mücahid bildirib.

Onun sözlərinə görə, hücum məntəqənin daxilindən törədilib. G.Mücahid əlavə edib ki, şübhəlilər hadisə yerindən qaçaraq, gizlənə biliblər.

Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.