18 nazirlikdən 5i ləğv olundu


Dünya 13 Noy 2017 12:51:00 287 0

18 nazirlikdən 5i ləğv olundu

Gürcüstanın hökumət strukturlarında islahatlar bundan sonra da davam edəcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Kvirikaşvili noyabrın 13-də keçirdiyi brifinqdə deyib. 

O qeyd edib ki, hökumətin tərkibində kadr dəyişikliyi edilib. Belə ki, İqtisadiyyat və Energetika nazirlikləri birləşdirilib. Bu quruma hazırkı maliyyə naziri Dmitri Kumsişvili rəhbərlik edəcək.

D.Kumsişvili həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları" SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.