Səidə Sultan “Qərib dünya”sından danışdı VİDEO FOTO


Şou-biznes 13 Noy 2017 12:42:00 495 0

Səidə Sultan “Qərib dünya”sından danışdı  VİDEO  FOTO

Müğənni Səidə Sultan "Qərib dünya" adlanan yeni klipi ilə bağlı ARB Ulduz kanalının "Virtual həyat" proqramına açıqlama verib. Son.az xəbər verir ki, ifaçı Mövlana Cəlaləddin Ruminin şeirinə Murad Zeynal tərəfindən bəstələnmiş mahnıya yaxın zamanlarda klip çəkdirəcəyini söyləyib: "Yeni klip gəlir. Mahnı "Qərib dünya" adlanır. Mahnının sözləri türk dilindədir və Mövlana Cəlaləddin Rumiyə, musiqisi isə Murad Zeynala aiddir. Yaxın zamanlarda klipin çəkilişlərinə start verəcəyik. Hələ ki, klip üçün geyimlər tikilir. Geyimləri modelyer Elnarə Bəkirova hazırlayır. Klipin rejissoru isə İlkin adlı gənc bir oğlan olacaq". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar