Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunub


Digərləri 13 Noy 2017 12:31:25 158 0

Azərbaycanda siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olunub

Fuad Muradov: “Azərbaycanın əleyhinə işləyən qeyri-hökumət təşkilatlarının büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur”

"Azərbaycanın dövlət büdcəsindən Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsait artırılmalıdır".

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır: “Azərbaycanın əleyhinə işləyən qeyri-hökumət təşkilatlarının büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır”.