SOCAR bazara mühərrik yağları çıxarır


Digərləri 13 Noy 2017 10:57:00 301 0

SOCAR bazara mühərrik yağları çıxarır

SOCAR bu yaxınlarda bazara mühərrik və sürtgü yağları çıxaracaq.

Son.az xəbər verir ki, bu barədə APA-ya bu sektorda fəaliyyət göstərən şirkətlərdən birinin rəsmisi bildirib.   Adının açıqlanmasını istəməyən həmsöhbətimiz deyib ki, məhsullar elə SOCAR brendi ilə bazara tanıdılacaq: "Artıq məhsulların qablaşdırılması və markalanması prosesi başa çatmaq üzrədir. Məhsullar bir müddət sonra bazara çıxarılacaq".   Bildirilir ki, məhsullar və onların qiyməti rəqabətqabiliyyətli olacaq.   Mənbənin sözlərinə görə, məhsulların istehsalı zamanı istifadə olunan xammal həm yerli bazardan, həm də "Lukoil" şirkətindən alınacaq.   SOCAR məsələyə münasibət bildirməyib.