Kriştianu Ronaldu dördüncü dəfə ata olub


Digərləri 13 Noy 2017 00:46:01 170 0

Kriştianu Ronaldu dördüncü dəfə ata olub

Yeni doğulan qıza Alana Martina adı verilib

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dördüncü dəfə ata olub.

"Report"un məlumatına görə, bu barədə dünyanın ən yaxşı oyunçusu şəxsi "İnstagram"ında paylaşım edib.

Yeni doğulan qıza Alana Martina adı verilib. Onu Ronaldunun sevgilisi Corcina Rodriges dünyaya gətirib.

Qeyd edək ki, Kriştianu Ronaldunun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianunun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar.