Zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub


Digərləri 12 Noy 2017 23:59:00 300 0

Zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub

Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Son.az qurumun saytına istinadən bildirir ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.2 maqnituda gücündə zəlzələ olub. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub. .