Yüksək riskli hamiləliyə bir həkimin nəzarət etməsi kifayət deyil


Digərləri 12 Noy 2017 21:55:00 298 0

Yüksək riskli hamiləliyə bir həkimin nəzarət etməsi kifayət deyil

Hamiləlik normal və təbii prosesdir. Bəzən hamiləlikdən öncə qadının orqanizmində olan xəstəliklər və ya hamiləliyin səbəb olduğu problemlər müxtəlif risklər yaradır. Bu hallar riskli və ya yüksək riskli hamiləlik olaraq qiymətləndirilir. Bu hamiləliklər bəzi hallarda ananın və ya dölün sağlamlığını, hətta həyatını təhlükəyə ata bilər. Riskli və yüksək riskli hamiləliklər mütləq bu sahə üzrə mütəxəssis, yəni perinatoloq tərəfindən nəzarət altında saxlanılmalıdır. Belə ki, riskli hamiləliyə nəzarət normal hamiləlikdən fərqlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyib.

-Hamiləlik nə zaman riskli olaraq qiymətləndirilir və bunun yaranma səbəbləri nələrdir?

-Ananın yaşının 18-dən aşağı və ya 35-dən yuxarı olması, anada təzyiq, qalxanvarı vəzi, şəkər, ürək, qaraciyər, birləşdirici toxuma xəstəlikləri, damar və digər orqanlarda hamiləlikdən əvvəl mövcud olan sistem xəstəliklər olduqda bu artıq riskli hamiləliklər sırasına aid edilir.

Buna ananın çox zəif və ya çox kök olması, ana ilə atanın qohum olması, ananın hansısa xəstəlik səbəbindən dərman qəbul etməsi, siqaret və ya alkoqol aludəçiliyi, təkrarlanan düşüklər, hamiləliklə əlaqədar ortaya çıxan müxtəlif problemlər və bir sıra digər səbəbləri də aid etmək olar.

Hamiləlik diabeti, zəhərlənməsi, qanaxmaları, uşaqlıq boynu çatışmazlığı, dölyanı mayenin vaxtından qabaq axması, vaxtından qabaq doğuş təhlükəsi, döllə əlaqəli problemlər, çoxdöllü və əkiz hamiləliklər, döldə inkişafın ləngiməsi kimi bir sıra patologiyalar da hamiləliyin risk faktorunu artıran səbəblərdir. Bir çox qadının hamiləlik dövründə nə zaman və hansı problemlə qarşılaşa biləcəyini təxmin etmək mümkün deyildir. Hətta normal görünən hamiləliklərdə də sonradan ciddi problemlər meydana çıxa bilər. Bu səbəbdən hər bir hamiləlik mama-ginekoloqun nəzarəti altında davam etməlidir.

-Riskli hamiləlik zamanı nəzarət necə aparılmalıdır?