Heyvanların basdırılması üçün xüsusi yerlər ayrılmalıdır


Digərləri 12 Noy 2017 19:43:00 318 0

Heyvanların basdırılması üçün xüsusi yerlər ayrılmalıdır

Paytaxt Bakıda və digər böyük şəhərlərdə ölən ev heyvanlarının basdırılması üçün qəbiristanlıqlar olmalıdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, belə bir təkliflə çıxış edən "Azərbaycan Heyvanlari Mühafizə Cəmiyyəti"nin sədri Azər Qarayev deyir ki, ölkəmizdə insanların 30 faizə yaxını ev heyvanları saxlayır. Amma heyvanlar tələf olandan sonra onların basdırılması üçün yer yoxdur. Azər Qarayevin sözlərinə görə, xarici ölkələrdə bu təcrübə var. Bunun Azərbaycanda da tətbiq edilməsi mümkündür. Belə bir qəbiristanlığın yaradılması elə də böyük vəsait tələb etmir. Üstəgəl, prosedurlar da sadədir. Cəmyyət sədri hesab edir ki, bəzi ev və sahibsiz heyvanlar yol qəzaları nəticəsində tələf olur. Nəticədə onların cəsədi yolun ortasında qalır. Sürücülər isə heç bir məsuliyyətə cəlb edilmirlər. Bunun qarşısını almaq üçün qanunvericilik aktları hazırlanmalıdır. Cəmiyət sədri hesab edir ki, əgər sürücülərə qarşı cərimə tətbiq edilərsə, o zaman onların da məsuliyyəti daha da artar.


Xəbərə aid video