Londonun meri Britaniyanın XİN rəhbərini istefaya çağırıb


Dünya 12 Noy 2017 14:54:31 355 0

Londonun meri Britaniyanın XİN rəhbərini istefaya çağırıb

Conson öz fikirləri ilə Liviya, ABŞ və İspaniya sakinlərini təhqir edib

Londonun meri Sadiq Xan Britaniyanın XİN rəhbəri Boris Consonu istefaya çağırıb.

"Report" xəbər verir ki, o, "BBC"ə müsahibəsində belə bir təkliflə çıxış edib.

Londonun meri xüsusi olaraq qeyd edib ki, Conson öz fikirləri ilə Liviya, ABŞ, həmçinin İspaniya sakinlərini təhqir edib.

Xatırladaq ki, ötən ay yerli KİV Böyük Britaniyanın baş naziri Tereza Meyin Boris Consonun vəzifəsindən uzaqlaşdırılması mümkünlüyünü nəzərdən keçirdiyini yazıb.