İndoneziya muzeyində qalmaqaldan sonra Hitlerin heykəli götürülüb


Digərləri 12 Noy 2017 03:52:15 179 0

İndoneziya muzeyində qalmaqaldan sonra Hitlerin heykəli götürülüb

İncəsənət obyekti sərt tənqidə məruz qalıb

İndoneziyanın Cokyakarta şəhərində yerləşən De ARCA mum fiqurlar muzeyinin əməkdaşları Osventsim həbs düşərgəsinin improvizə edilmiş girişi fonunda duran Adolf Hitlerin heykəlini hüquq müdafiəçilərinin tənqidlərindən sonra ekspozisiyadan çıxarıblar.

"Report" AFP-yə istinadən xəbər verir ki, art-obyekt Simon Vizental Mərkəzi, yəhudi hüquq müdafiə təşkilatının nümayəndələri tərəfindən tənqid olunub.

"Biz qəzəb yaratmaq istəmirdik. Hitlerin fiquru maarifləndirmə məqsədi ilə muzeydə saxlanılır", — deyə muzey rəhbəri Ceymi Misbax bildirib.

Əhalinin böyük əksəriyyətinin İslam dininə etiqad etdiyi İndoneziyada Holokost tarixi az diqqətə alınır.