Corc Kluni daha kinoya çəkilmək ehtiyacı duymadığını bildirib


Digərləri 12 Noy 2017 03:24:18 214 0

Corc Kluni daha kinoya çəkilmək ehtiyacı duymadığını bildirib

"Mənim daha pula ehtiyacım yoxdur!"

Amerika aktyoru Corc Kluni daha kinoya çəkilmək ehtiyacı duymadığını bildirib.

“Report” xəbər verir ki, bunu o "The Sunday Times" nəşrinə müsahibəsində deyib.

"Mən kinoya kifayət qədər çox çəkilmişəm və bilirsiniz, mənim artıq 56 yaşım var. Mən daha qızların xoşuna gələn oğlan deyiləm", - deyə o bildirib.

Nəşr qeyd edir ki, Kluni və onun biznes tərəfdaşları iyunda tekila (Tünd spirtli içki) istehsalı ilə məşğul olan "Casamigos" birgə müəssisəsini 1 milyard dollara satıb.

"Mən aktyor peşəsi ilə hesablarımı ödəmək üçün məşğul olurdum, lakin tekila istehsal edən şirkəti 1 milyard dollara satdıqdan sonra artıq pula ehtiyacım yoxdur!", - deyə Kluni bildirib.

Bununla yanaşı aktyor maraqlı layihələrdə iştirakını istisna etməyib.