Fransanın Reyms şəhər vağzalı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib


Dünya 12 Noy 2017 02:59:19 303 0

Fransanın Reyms şəhər vağzalı partlayış təhlükəsi səbəbindən təxliyyə edilib

Şübhəli şəxs polis tərəfindən dindirilib

Fransanın Reyms şəhər polisi partlayış təhlükəsi ilə əlaqədar yerli vağzalı təxliyyə edib.

"Report" "France 3" radiostansiyasına istinadən xəbər verir ki, polis vətəndaşlardan birinin "saat neçədir?" sualına "partlayış üçün hələ vaxt var" cavabını verən şübhəli şəxsi saxlayıb.

Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. Onun zarafat üçün belə cavab verdiyi istisna edilmir.