"Sevgimi anama qurban verdim"


Şou-biznes 11 Noy 2017 23:30:00 395 0

"Sevgimi anama qurban verdim"

"Səhnədə xoşbəxt aktrisayam. Amma həyatda xoşbəxt qadın deyiləm. Xoşbəxtlik müxtəlif anlarda olur. Bu anlar şəxsi həyatımda mənə çox az qismət olub".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözələri xalq artisti Məleykə Əsədova "Sənətsevər" verilişində deyib. 

Aktrisa bildirib ki, həyatda heç vaxt xoşbəxt olmayıb:

"Həmişə zəhmətkeş olmuşam. Uşaqlıqdan nə qədər incə görünsəm də, çiyinlərimdə ağır yük olub. Kənardan hər şey gözəl görünür. Problemimi heç kimlə bölüşmürəm. Mənim şəxsi problemimi, içimdə ağlamağımı ancaq özüm görürəm. Bunun tamaşaçıya aidiyyatı yoxdur.