"Yalnızlar günü"ndə "online" satışda yeni rekord qeydə alınıb


Digərləri 11 Noy 2017 21:20:00 298 0

"Yalnızlar günü"ndə "online" satışda yeni rekord qeydə alınıb

Çinin "Alibaba" internet ticarət nəhəngi ölkədə noyabrın 11-də qeyd olunan "Yalnızlar günü" ilə əlaqədar böyük endirim kampaniyası çərçivəsində "online" satışda yeni rekorda imza atıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, gecə saat 00:00-da başlayan kampaniya çərçivəsində 3 dəqiqə 1 saniyə ərzində 10 milyard yuanlıq (1,5 milyard ABŞ dolları) satış qeydə alınıb. Ötən il satış 10 milyard yuan məbləğinə 3 dəqiqə 57 saniyəyə çatmışdı.