Göyçayda avtomobil dirəyə çırpıldı, iki nəfər xəsarət alıb


Digərləri 11 Noy 2017 20:29:00 271 0

Göyçayda avtomobil dirəyə çırpıldı, iki nəfər xəsarət alıb

Göyçay rayonunda yol qəza hadisəsi baş verib

Bakı. Samir Əli - Göyçay rayonunda yol qəza hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində baş verib. Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov İlyas Mirzəli oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili idarə edərkən idarəetməni itirib və yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Qasımov Elvin Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.