Baş nazir: "İŞİDlə mübarizəyə 100 milyard dollar xərcləmişik"


Dünya 11 Noy 2017 15:36:00 276 0

Baş nazir: "İŞİDlə mübarizəyə 100 milyard dollar xərcləmişik"

Terrorçu İŞİD qruplaşmasına qarşı mübarizəyə 100 milyard dollar sərf etmişik.

Report "ahaber"ə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi Kərbəla şəhərindəki çıxışında deyib. 

O, mərkəzi hakimiyyətlə ölkənin şimalındakı Kürd Muxtar Əyaləti arasında yaranan böhrandan da danışıb. Baş nazir deyib ki, kürd xalqı ilə aralarında münasibətlərin qurulması üçün vasitəçiyə ehtiyac yoxdur: "İraq ordusuna qarşı çıxmayanların (İraqın şimalındakı kürd muxtariyyətinin "peşmərgə" adlanan silahlı dəstəsini nəzrədə tutur - "Report") xəyanətdə ittiham olunması üzücüdür".