Lənkəranskiyə görə dava salana güzəşt edilmədi


Digərləri 11 Noy 2017 11:50:00 188 0

Lənkəranskiyə görə dava salana güzəşt edilmədi

Mərhum avtoritet Rövşən Lənkəranskiyə aid sifariş verdiyi mahnı səsləndirilmədiyi üçün gecə klubunda adam öldürən Vüsal İbrahimovun apellyasiya məhkəməsi başa çatıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim İlqar Murquzovun icraatında olan prosesdə hökm qüvvədə saxlanılıb və V.İbrahimova güzəşt edilməyib.

Hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq öldürüb. Qətl hadisəsi "oğru" Rövşən Lənkəranskinin barəsində mahnı sifariş verilməsinə görə olub. Nurlanın bu istəyinə barmenin "icazə yoxdur" deyə cavab verməsi mübahisəyə səbəb olub.